Uşaqlara qarşı zorakılığın aradan qaldırılması və beynəlxalq təcrübə” mövzusunda təlim   

Zorakılığa Məruz Qalmış Uşaq və Gənclərin Reabilitasiya Mərkəzi zorakılıq və cinayətin qurbanı olan uşaqlara, gənclərə və onların ailələrinə xidmət göstərən ixtisaslaşmış mərkəzdir. Mərkəzin xidmətləri kənd və şəhərdə yaşayan hər hansı cinayət və zorakılığa o cümlədən, ailədaxili zorakılığa, cinsi, fiziki və psixoloji zorakılığa, zorlanmaya və ya təcavüzə məruz qalan, habelə işgəncə, məcburi yerdəyişmə, döyülməyə məruz qalan, əməyin istismarı, fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövq və ya məcbur edilməyə məruz qalan, valideynlərini və ya digər yaxın şəxslərin itkisindən psixoloji sarsıntı keçirən, həmyaşıdları tərəfindən təzyiqlə üzləşən, insan və uşaq hüquqlarının pozulmasından stres keçirən, müxtəlif hadisələr nəticəsində yaranmış emosional pozğunluq və sosial disadaptasiyadan əziyyət çəkən uşaq və gənclərə ixtisaslaşmış yardım göstərməyə yönəlib. Mərkəzdə zorakılığa məruz qalmış uşaqlarla çalışan işçilərin və Dövlət orqanlarında aidiyyatı üzrə çalışan işçi heyətinin zorakılığa məruz qalmış uşaqlarla iş təcrübələrinin artırılması və davranış qaydalarının mənimsənilməsi, həmçinin bu sahədə beynəlxalq təcrübə ilə yaxından tanış olmaları vacibdir. Məhz bu sahədə təlimlərin keçirilməsi məqsədilə tərəfimizdən Böyük Britaniyadan “İSPCAN” Beynəlxalq Şəbəkəsinin keşmiş sədri və hal-hazırda Uşaq Hüquqları üzrə beynəlxalq ekspert Marqaret Linch dəvət olunmuşdur. Bu məqsədlə 16-17 noyabr 2011-ci il tarixi saat 10:00-dan 17:00-dək “Uşaqlara qarşı zorakılığın aradan qaldırılması və beynəlxalq təcrübə” mövzusunda təlim təşkil olunub. Təlimdə Daxili İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eləcə də yerli İcra Hakimiyyəti orqanlarının nümayəndələri iştirak edəcəklər.