Azərbaycanda Yuvenal Ədliyyə Sisteminin İnkişafına dəstək verək!    BMT-nin Uşaq Hüquqları Konvensiyasına (Maddə 37) əsasən: İştirakçı dövlәtlәr tәmin edirlәr ki: b) heç bir uşaq qanunsuz olaraq vә ya özbaşınalıqla azadlıqdan mәhrum edilmәsin. Uşağın hәbsә alınması, tutulması vә ya hәbs cәzası çәkmәsi qanuna uyğun olaraq hәyata keçirilir vә bunlar da son tәdbir kimi vә mümkün olan daha qısa müddәt әrzindә vә müvafiq qaydada istifadә edilir; Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda yetkinlik yaşına2009-cu ildə 14-18 yaşlı uşaqlar arasında: · Aşkar edilmiş cinayətlərin sayı – 453, · Cinayət məsuliyyətinə cəlb edilən uşaqların sayı - 381 olub. 2010-ci ildə 14-18 yaşlı uşaqlar arasında: · Aşkar edilmiş cinayətlərin sayı – 439, · Cinayət məsuliyyətinə cəlb edilənlərin sayı - 375, · Barəsində həbs qəti imkan tədbiri seçilən uşaqların sayı - 78 olub. 2007-ci ildə Daxili İşlər Nazirliyi, ATƏT, UNİCEF və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının əməkdaşlığı sayəsində “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən qanunla münaqişədə olan uşaqlarla reabilitasiya işinin həyata keçirilməsi məqsədi ilə “Qanunla ziddiyyətdə olan uşaq və gənclər üçün Sosial Reabilitasiya Mərkəzi” yaradılıb. 2008-2011-ci il ərzində yaradılmış mərkəzdə Bakı və Sumqayıt şəhərlərindən 200-dən çox uşaq artıq reabilitasiya proqramına cəlb edilib. Onlar əsasən yerli polis orqanları və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən, habelə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi yanında De-institutlaşma və Uşaqların Mudafiəsi İdarəsi, Uşaq Qaynar Xətt xidməti və Uşaq Hüquqları Klinikası tərəfindən mərkəzə yönəldilir. Azərbaycanda yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən hazırlanmış “Yuvenal Ədliyyə haqqında” qanunun qəbul edilməsi mühüm addım olar. Yuvenal Ədliyyə haqqında Qanunun qəbulu Azərbaycanda Avropa və BMT-nin standartlarına əsasən uşaqların ədalət mühakiməsi sisteminin qurulması və uşaqların cəzalandırılması yox, əksinə icma səviyyəsində reabilitasiyası üçün daha geniş imkanlar yarada bilər. Qanun həm də uşaqların psixoloji və sosial vəziyyətini nəzərə alan, uşaqlarla iş sahəsində daha geniş təcrübəyə və biliyə malik olan, beynəlxalq öhdəlikləri və konvensiyaları bilən ixtisaslaşmış qurumlar və mütəxəssislər tərəfindən baxılmasına imkan verə biləcək. İcma əsaslı alternativ tərbiyəvi xarakterli tədbirlərdən geniş istifadə isə uşaqlara dəyə biləcək fiziki, psixoloji və emosional zərəri minimuma endirər və onların qısa zamanda reabilitasiya olunub, yenidən cəmiyyətə qayıtmalarına töhvə vermiş olar. Ailənin uşağın həyatında oynadığı rolu, habelə ailədə yaşamaq hüququnun BMT-nin Uşaq Hüquqları Konvensiyasında xüsusilə vurğulanmasını nəzərə alaraq, alternativ tərbiyəvi tədbirlərin mümkün qədər uşağın ailədən ayrılmaması şərtilə icmada təşkili bu hüququn pozulmamasını təmin edə bilər. Azərbaycanda Uşaqların Müdafiəsinə dair Milli Qanunvericiliyin Təkmilləşdirilməsinə dəstək Proqramı