“Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzində uşaqlarla xoş görüş”
Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi uşaqların fiziki və əqli cəhətdən daha da inkişaf etməsi və gələcəyə daha inamlı addım atması üçün daima müxtəlif təşəbbüslər göstərmişdir. Beləki, mütəmadi olaraq keçirilən Azərbaycanın gözəl güşələrinə səfərlər, idman oyunları, bilik yarışları, xarici ölkə nümayəndələrinin Mərkəzin uşaqları ilə təşkil edilmiş təlimləri belə addımlardandır. Növbəti belə təlim Hollandiyanın idman təşkilatının nümayəndələri Peter Ottens, Giannini Giancarlo Oliebergin rəhbərliyi ilə keçirildi. Təlimin əsas məqsədi uşaqların asudə vaxtının təşkili, onların fiziki cəhətdən sağlam inkişaf etmələrinə təkan verməkdir. Həmçinin uşaqların mənəvi-iradi xüsusiyyətlərinin formalaşdırılması, kollektivçilik ruhunun aşılanması, uşaqlar arasında ayrıseçkiliyin aradan qaldırılmasından ibarətdir. Bu məqsədlə 02 iyun 2012-ci il tarixində təşkil edilmiş təlim uşaqların yaddaşıda hələ uzun müddət qalacaq.