“Koordinasiya Şurasının üzvləri ilə görüş”
Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilmənin təmin edilməsi məqsədilə UNİCEF, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsi, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin, müvafiq yerli idarələrinin nümayəndələrindən, habelə Ombudsman təsisatı, icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının üzvlərindən ibarət Koordinasiya Şurası da fəaliyyət göstərir. Koordinasiya Şurasında mərkəzdə reabilitasiya keçən və ya mərkəzə cəlb olunması planlaşdırılan uşaqların işləri ilə bağlı müzakirələr aparılır və fərdi qayğı, müdafiə planları hazırlanaraq icra edilir. Beləliklə, uşaqlar arasında təkrar hüquqpozuntusu və cinayətin profilaktikası üçün müvafiq dövlət qurumlarının birgə əlaqələndirilmiş və bir-birini tamamlayan fəaliyyəti təmin edilir. Koordinasiya Şurasının növbəti iclasının 5 iyun 2012-ci il tarixində Quba şəhərində keçirilməsi nəzərdə tutulur. İclasla yanaşı Koordinasiya Şurasının üzvlərinin həm də Qubada yerləşən Oğlanlar üçün xüsusi tipli qapalı müəssisəyə səfəri təşkil olunacaq və orada tərbiyə olunan uşaqlarla görüş keçiriləcəkdir.
Əlavə məlumat üçün:
117, Nizami küçəsi, Bakı, AZ1010
Tel: 493-21-42
E-poçt: [email protected]