Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi ABŞ Səfirliyinin Kiçik Qrantlar Proqramı çərçivəsində «Liderliyin tədrisi və inkişafı vasitəsilə icma daxili əməkdaşlığın qurulması» adlı layihə həyata keçirir. Layihə Azərbaycanın Göyçay, Ucar və Zərdab rayonlarında bələdiyyə, icra hakimiyyəti, icma, gənclər və QHT nümayəndələrinin birgə təlimlər vasitəsilə bir araya gətirilməsi və onlar arasında əməkdaşlığın daha yüksək səviyyədə təmin olunmasına yardım etməyə yönəlib. Layihə çərçivəsində liderliyi inkişaf etdirmək və əməkdaşlığı gücləndirmək üçün müvafiq ədəbiyyatın nəşr etdirilməsi, plakat və bukletlərin hazırlanması, həmçinin adı çəkilən regionda təlimlərin keçirilməsi nəzərdə tutulur. Layihənin həyata keçirilməsi yönündə artıq ilkin addımlar atılıb. Belə ki, ədəbiyyat hazırlanaraq nəşr olunmaq üçün mətbəəyə göndərilib, yerlərdə təlim iştirakçıları ilə görüşlər keçirilib və birinci modul üzrə təlim başa çatmaq üzrədir. Layihənin region üçün əsas əhəmiyyəti adı çəkilən bölgədə liderlərin üzə çıxarılması və vətəndəş cəmiyyətinin inkişaf etdirilməsindən ibarətdir. Qeyd etmək vacibdir ki, layihə çərçivəsində Ümidli Gələcək təşkilatının mütəxəssislərinin hazırladığı xüsusi təlim metodikası və ona əsaslanan xüsusi təlim modulları hazırlanmışdır. Bu təlim modulları yerli ehtiyacların, əhalinin, QHT-lərin, bələdiyyə və icra hakimiyyəti orqanlarının çətinlikləri, ehtiyaclarının öyrənilməsi və həmin rayonlarda mövcud olan bilik, bacarıq və təcrübənin qiymətləndirilməsindən əldə olunan məlumatlar əsasında hazırlanmışdır. Qiymətləndirmə və ehiyacların öyrənilməsi prosesinin nəticələrinə uyğun olaraq dörd modul hazırlanmışdır ki, onlar demokratiya və demokratik cəmiyyət, liderlik, yerli imkanların genişləndirilməsi, yerli resursların və yerli əhalinin iştirakının təmin edilməsi, layihələrin planlaşdırılması, yazılması, idarəedilməsi, monitorinqi və nəticələrin qiymətləndirilməsi kimi mövzuları əhatə etmişdir.
Liderliyin tədrisi və inkişafı vasitəsilə icma daxili əməkdaşlığın qurulması
SON XƏBƏRLƏR
Bakı Biznes Universiteti ilə Ümidli Gələcək STİB arasında Əməkdaşlıq
Bakı Biznes Universiteti ilə Ümidli Gələcək STİB arasında əməkdaşlıq memorandumu im...
Yuvenal Ədliyyə Mərkəzində 'Zərərli Vərdişlər' Mövzusunda Qrup İşi
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Yuv...
16 Oktyabr - Ümumdünya Qida Günü: Uşaqların Sağlam Qidalanması
16 oktyabr - Ümumdünya Qida Günü, qida təhlükəsizliyi, qida israfının qarşısını almaq v�...
SON TƏDBİRLƏR
Uşaq Qaynar Xətti üçün Könüllü Axtarılır!
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin sosial xidmət mərkəzində çalışm...
Uşaq Qaynar Xətti üçün Könüllü Axtarılır!
Qaynar Xətt üzrə Sosial İşçi Axtarırıq!Sosial iş sahəsində cəmiyyətə dəstək vermək v...
Uşaq Qaynar Xətti üçün Könüllü Axtarılır!
Uşaq Qaynar Xətti üçün Könüllü Axtarılır!Uşaq hüquqlarının müdafiəsi və onların rif...