Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıqda və Azərcell şirkətinin mühüm texniki və maliyyə dəstəyi ilə Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) Regional Uşaq Qaynar Xətt Xidmətini yaratmışdır. Göygöl Regional Uşaq Qaynar Xətt xidmətinin əməkdaşlarına təşkilatın mütəxəssisləri tərəfindən Qaynar Xəttin iş prinsipləri, Telefon vasitəsilə yardım və onun xüsusiyyətləri mövzusunda 2 günlük təlimlər keçirilmişdir. Xidmət Aprel ayından etibarən 24 saat ərzində aktiv fəaliyyətini davam etdirir. Regional xidmətlə əlaqə yaratmaq istəyən uşaqlar ve ümumiyyətlə uşaq problemləri ile bağlı hər bir şəxs müraciət etmək üçün 051 580 22 80 nömrəsi ilə əlaqə saxlaya bilər. Unutmayın! Yardım telefon qədər yaxındır.
https://www.facebook.com/AzerbaijanChildHelpline/
SON XƏBƏRLƏR
Uşağın hüquqları sensasiyadan üstün olmalıdır !
Bu gün biz uşaqların hüquqlarının açıq şəkildə pozulmasının şahidi olduq. Mətbuatda ev...
Risk Qrupundakı Gəncə Təhsil Dəstəyi
Hörmətli izləyicilər!Riskli davranışa meyilli olan gənclərin cəmiyyətə inteqrasiyasına d�...
SON TƏDBİRLƏR
Uşaq və Qadın Qaynar Xətt Xidməti üçün Könüllü Psixoloqlar Axtarılır!
Uşaq və Qadın Qaynar Xətt Xidməti olaraq, psixoloji dəstəyə ehtiyacı olan uşaqlara, gəncl�...
Uşaq Qaynar Xətti üçün Könüllü Axtarılır!
Uşaq hüquqlarının müdafiəsi və onların rifahı üçün çalışmaq istəyən könüllüləri ...