Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi 2003-cü ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və UNİJEF-lə birgə «Valideyn-Müəllim Assosiasiyalırının yaradılması» adlı layihə həyata keçirir.


Layihənin ideyası əvvələr mövcud olmuş «Valideyn komitələri»nə alternativ ola biləcək yeni strukturun -«Valideyn-Müəllim Assosiasiyaları»nın yaradılması və həmin assosiasiyaların real fəaliyyətini sınaqdan keçirməkdir. Qeyd etmək lazımdır ki, layihənin uğuru özünü elə ilk dövrlərdən göstərməyə başlayıb. Belə ki, yalnız bir tərəfin, yəni valideynlərin təmsil olunduqları əvvəlki qurumlardan fərqli olaraq yaradılan yeni struktur mövcud problemlərin çözülməsində valideynlərlə yanaşı müəllim və şagirdlərin birgə fəaliyyət forması kimi daha səmərəli olmuşdur.


Bu layihənin növbəti mərhələsi kimi UNİJEF Təhsil Nazirliyi pilot məktəblə yanaşı ölkənin müxtəlif regionlarını əhatə edən 30-a yaxın məktəbdə Valideyn-Müəllim Assosiasiya (VMA) yaradılmışdır. VMA-nın formalaşdırıldığı təsis kofnranslarında bu təşkilatların nizamnamələri qəbul olunub, strukturu, fəaliyyət proqramları müəyyənləşdirilmişdir. 2004-cü il ərzində icra olunan layihənin 2-ci mərhələsi çərçivəsində 30-dan artıq orta ümumtəhsil məktəbində yaradılmış Məktəb VMA-nın birləşdiyi Azərbaycan Milli VMA-nın yaradılması planlaşdırılmışdır. Bunun üçün 2004-cü il ərzində məktəb VMA-larının üzvləri üçün geniş tədris kursları, seminarlar, şagirdlərin iştirakı görüşlər və seminarlar təşkil edilmişdir.


Layihənin 2-ci mərhələsinin nəticəsi olaraq, 2004 il 23 oktyabr tarixində saat 10.00-da

Hyatt Regency mehmanxanasının Caspian B zalında Valideyn-Müəllim Assosiasiyasının təsis konfransı keçiriləcək.