1 Dekabr 2004-cü il 2004-cü il Noyabr ayının 1-dən etibarən Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, UNİJEF, Təhsil Nazirliyi və Ümumdünya Ərzaq Proqramı ilə əməkdaşlıqda Azərbaycanın 10 rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin yerləşdiykləri ərazilərdə fəaliyyət göstərən 43 qaçqın və məcburi köçkün orta ümumtəhsil məktəbində valideyn-müəllim-şagird-icma əməkdaşlığının qurulması və inkişaf etdirilməsi ilə bağlı layihə həyata keçirməyə başlamışdır. Bu layihə çərçivəsində 44 məktəbdə valideyn, müəllim, şagird və icma nümayəndələri ilə müxtəlif təlim, seminar, konfrans və s. tədbirlər təşkil ediləcəkdir. Bu tədbirlər vasitəsi ilə icma nümayəndələri və valideynlərin məktəbə cəlb edilməsi, uşaqların tədris və tərbiyə prosesində yaxından iştirakının gücləndirilməsi, məktəbin problemlərinin həllində icma və valideynlərin imkanlarından, bilik və bacarıqlarından istifadə edilməsinə zəmin yaradılması və s. məsələlər ətrafında geniş müzakirələr aparılacaq və bütün tərəflərə bu sahələrdə faydalı bilik və bacarıqların əldə edilməsi üçün şərait yaradılacaqdır. Layihə ilə nəzərdə tutulmuş tədbir və proqramlar Mingəçevirdə fəaliyyət göstərən 52 saylı Ağdam məktəbi, Şəki şəhərindəki - Kəlbəçər rayon 37 saylı və Laçın rayon Çələbixan məktəbi, Yevlax şəhərindəki - Ağdam rayon 23 saylı və Kəlbəcər rayon 30 saylı məktəbi, Ağdam rayonundakı - Quzanlı kənd 18 saylı məktəbi, Ağcabədi rayonundakı - Ağcabədi rayon Yastı yol, Xocavənd rayon 1 saylı, Laçın rayon orta məktəbi, Fizuli rayonundakı - Fizuli şəhər 59 saylı və Jəbrayıl rayon 7 saylı məktəbi, İmişli rayonundakı - Fizuli rayon 35 və 36 saylı və Jəbrayıl rayon 16 saylı məktəbi, Səbirabad rayonundakı - Fizuli rayon 31 və 32 saylı, Jəbrayıl rayonu 12 saylı və Zəngilan rayonu 25 saylı məktəbi, Saatlı rayonundakı - Fizuli rayon 34 saylı və Jəbrayıl rayonu Tatarkənd kənd məktəbi, Ağdam rayonundakı - 150, 85, 148 və 68 saylı məktəblər, Fizuli rayonundakı - 1-8 saylı məktəbləri, Biləsuvar rayonundakı - 8,9,10 və düşərgə 1 və 3-də yerləşən məktəbləri, Ağdam rayonundakı - 129, 151 və Ergi düşərgəsi məktəblərində həyata keçiriləcəkdir. Ümumiyyətlə, layihədə 2500 valideyn, 350 müəllim və 1000 şagird iştirak edəcək və nəticədə pilot şəklində 15-20 məktəb seçilərək orada Valideyn-Müəllim Assosiasiyalarının yaradılması üzrə xüsusi tədbirlər həyata keçiriləcəkdir. Layihə çərçivəsində Dekabr ayının 1-dən 3-dək və 4-dən-6-dək Bakı şəhəri Bilgə İstirahət Mərkəzində hər birində qeyd olunmuş məktəblərdən 23 nəfərin iştirakı ilə iki təlim kursu keçiriləcəkdir. Təlim kursu zamanı iştirakçılara valideyn-müəllim-şagird-icma əməkdaşlığı, bu əməkdaşlığın səmərəli fəaliyyəti, valideynlərin məktəb həyatına yaxından cəlb olunması və s. mövzulara dair məlumatlar veriləcəkdir.
Valideyn-Müəllim-Şagird-İcma əlaqələrinin qurulması
SON XƏBƏRLƏR
Azərbaycan Universiteti və “Ümidli Gələcək” İB əməkdaşlıq edəcək
Azərbaycan Universitetinin yerli tərəfdaşlarının sayı getdikcə artır. Növbəti əməkdaşl�...
YouthCan! layihəsi çərçivəsində uşaqlarla görüş
YouthCan! layihəsi çərçivəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin ...
Antenatal qayğıda ataların rolu: multisektoral görüş
Avropa İttifaqının maliyyə dəstəyi ilə 2020-ci ildən etibarən UNFPA tərəfindən həyata ke...
SON TƏDBİRLƏR
Doğmaların İtkisi...
Doğmaların ölümü - nəyinki böyüklər, uşaqlar üçün də çətin və ağrılı bir sına...