Avropa İttifaqının maliyyə dəstəyi ilə 2020-ci ildən etibarən UNFPA tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı” proqramı üç il ərzində icra edilən fəaliyyətlərin nəticələrinin nəzərdən keçirilməsi, eləcə də növbəti mərhələnin planlaşdırılması məqsədilə sözügedən proqramın yekun qiymətləndirməsi həyata keçirilir. Qiymətləndirmə missiyası müstəqil qiymətləndirmə qrupu tərəfindən aparılır.

Bununla bağlı olaraq, Qiymətləndirmə Qrupunun nümayəndələri xanım Meredith Brown və xanım Ashley Majorun 13-17 fevral 2023-cü il tarixlərində Azərbaycana səfəri baş tutub. Səfər çərçivəsində layihə ilə əməkdaşlıq etmiş dövlət qurumları, beynəxlaq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndləri ilə görüşlər təşkil edilir.

Növbəti görüş 14 fevral tarixində əsas tərəfdaşlardan biri olan Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi"Ümidli Gələcək" Gənclər Təşkilatı - Reliable Future Youth NGO rəhbərliyi ilə individual təşkil edildi. Görüş zamanı İSİM rəhbəri layihənin icrası və əməkdaşlığı barədə öz fikirlərini bölüşmüş, səhiyyə sahəsində layihənin müsbət töhfələri haqqında qeyd etmişdir. Bununla yanaşı, layihə çərçivəsində, xüsusilə layihənin icrasına geniş töhfə verilməsi məqsədilə yaradılmış İşçi Qrupunun üzvləri olan- İSİMin əməkdaşları, müvafiq ekspertlər və eləcə də TƏBİB İlkin səhiyyə və təcili yardım departamentinin əməkdaşları ilə layihə çərçivəsində fokus qrupla görüş və suallar ətrafında müzakirələr keçirilərək Azərbaycanda UNFPA Azerbaijan həyata keçirdiyi töhfələr diqqətə çatdırılmışdır.

Bir daha lahyihəyə dair geniş fəaliyyətinin qurulmasında və vətəndaş cəmiyyətinin dövlət qurumlarının birgə əməkdaşlığı ilə səhiyyə sahəsində fəaliyyətin gücləndirilməsinin həyata keçirilməsində verdikləri dəstəyə görə İctimai Səhiyyə və İslahatlar MərkəziTƏBİB təşəkkürümüzü bildiririk!