Tarix: 26-27 yanvar 2023-cü il tarixində İbis otelində İnsan Hüquqlarının təşviqi və tədrisi üzrə növbəti təlim kursu keçirilmişdir. Təlim kursu Avropa İttifaqınə tərəfindən dəstəklənən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT-İHAK) UN Human Rights - OHCHR regional ofisinin “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində Ümidli Gələcək Sosial Təşəbbüslər İB tərəfindən təşkil edilmişdir.
Dövlət qurumları, QHT-lər, ali təhsil ocaqlarının müəllim və magistrları, insan hüquqları sahəsində çalışan tədqiqatçıların qatılacağı və canlı iştirakla keçirilmiş bu təlim kursunun əsas məqsədi yerli mütəxəssislərin BMT insan hüquqları sisteminə dair bilik və praktik bacarıqlarının genişləndirmək, insan hüquqlarının gündəlik fəaliyyətdə tətbiqi ilə bağlı ən yaxşı təcrübələri müzakirə etmək və Azərbaycanda insan hüquqlarına dair məlumatlılığı artırmaq olmuşdur.