Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi 2003-cü ilin aprel ayından başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi ,UNİCEF-in və Ümidli Gələcək Gənclər Təşkilatı birqə əməkdaşlığ nəticəsində «Valideyn-Müəllim Assosiasiyalırının yaradılması» adlı layihə həyata keçirir.
Layihənin ideyası əvvələr mövcud olmuş «Valideyn komitələri»nə alternativ ola biləcək yeni strukturun - «Valideyn-Müəllim Assosiasiyaları»nın yaradılması və həmin assosiasiyaların real fəaliyyətini sınaqdan keçirməkdir, məktəbdə qarşılıqlı inam, uğurlu əməkdaşlığın yaranması üçün yeni münasibətlər abı havasının yaranmasıdır, məktəb və ailənin cəmiyyət qarşısında eyni dərəcəli məsuliyyətin müəyyən edilməsidir, şaqirdin inkişafının dəqiq strukturlaşmasının yaranmasıdır, cəmiyyətimizin fikrini gədəcək nəslin inkişafına yönəlməsidir. Qeyd etmək lazımdır ki, layihənin uğuru özünü elə ilk dövrlərdən göstərməyə başlayıb. Belə ki, yalnız bir tərəfin, yəni valideynlərin təmsil olunduqları əvvəlki qurumlardan fərqli olaraq yaradılan yeni struktur mövcud problemlərin çözülməsində valideynlərlə müəllimlərin birgə fəaliyyət forması kimi daha səmərəli fəaliyyət göstərir. Artıq Azərbaycanın 60 məktəbində Valideyn-Müəllim Assosiasiyaları yaranıb və səmərəli fəaliyyət qöstərir.
Layihə çərçivəsində 2004 il 23 oktyabr tarixində təsis kofnranslarında bu təşkilatların nizamnaməsi qəbul olunub, strukturu, fəaliyyət proqramları müəyyənləşdirilib, Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası yaradılıb.
4 fevral 2005 il tarixində saat 15.00. Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının İdarə Heyəti Press-konfrans keçirir.