Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Valideyn-Müəllim Assosiasiyası və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı 12 Aprel 2005-ci il tarixində saat 19:00-da Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xeyriyyə Konserti təşkil edir.


Xeyriyyə Konsertinin keçirilməsi Azərbaycan Dövlət Neft Şirkəti, Atəşgah Sığorta Şirkəti, Blu Vater Şippinq Şirkəti və Beynəlxalq Qadınlar Klubunun yardımı sahəsində mümkün olmuşdur.


Konsertin əsas məqsədi:

Bakı şəhəri 8-ci km qəsəbəsində yerləşən kar və eşitmə qabiliyyəti zəif olan uşaqlar üçün nəzərdə tutulmuş İnternat Məktəbində təhsil alan 300-dən artıq şagirdin təhsil imkanlarını genişləndirmək və inkişafı etdirmək məqsədilə xüsusi eşitmə qabiliyyətini artıran mini-eşitmə cihazlarının alınması və internatda tədris prosesini inkişaf etdirmək üçün kompüter avadanlığının alınıb hədiyyə edilməsi üçün lazımi maliyyə vəsaitini əldə etməkdir.


Qeyd etmə lazımdır ki, artıq ənənəyə çevrilən bu Xeyriyyə Konserti ilk dəfə 14 aprel 2004-cü il tarixində keçirilmiş və Kor və Zəif Görən Uşaqlar üçün İnternat Məktəbinə Brayl Əlifbası əsasında kitabların çapı üçün İsveçdən xüsusi çap avadanlığının alınıb gətirilməsi məqsədilə təşkil edilmişdir.