Bosniya və Herseqovinanın Plavi Telefonu və Azərbaycan Uşaq Qaynar Xətti arasında beynəlxalq tərəfdaşlıq yaradılmışdır.
2024-cü il oktyabrın 8-də uşaq müdafiəsi xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə Bosniya və Herseqovinanın Plavi Telefonu (Mavi Telefon) və Azərbaycan Uşaq Qaynar Xətti ilə gələcək əməkdaşlıq barədə müzakirələr aparılmışdır.
Görüşdə Plavi Telefonun koordinatoru Saşa Risojeviç, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova, təşkilatın sədr müavini Sənan Ağayev və Azərbaycan Uşaq Qaynar Xəttinin koordinatoru Fidan Əkbərli iştirak etmişdir. Müzakirələrdə uşaq müdafiəsi xidmətlərinin təkmilləşdirilməsi, iki ölkə arasında təcrübə mübadiləsinin aparılması və gələcək əməkdaşlıq çərçivəsində görüləcək işlər barəsində fikir mübadiləsi aparılmışdır. Bosniya və Herseqovinanın Plavi Telefonunun koordinatoru Saşa Risojeviç: “Uşaq müdafiəsi sahəsində aparılacaq təcrübə proqramı, hər iki ölkə üçün çox mühüm qapıları açır”. “Ölkələrarası əməkdaşlıq bizə uşaqları qorumaq və onlara emosional və psixoloji dəstək vermək