Biz, Uşaq Qaynar Xətti (116111), BMT Günü münasibət ilə bütün dünyada uşaqların hüquqlarını qorumaq və onların inkişafını dəstəkləmək məqsədimizi bir daha vurğulamaq istəyirik. BMT Nizamnaməsinin 79 il əvvəl qüvvəyə mindiyi bu gün, beynəlxalq əməkdaşlığın, sülhün və insan hüquqlarının təşviqi üçün xüsusi bir gün olaraq qeyd edilir. Bu gün, biz də @un_azerbaijan -nin humanitar missiyası və onun insan hüquqları sahəsindəki fəaliyyətlərinə diqqət yetirərək, bizə verilən bütün imkanlardan istifadə edərək uşaqlara, qadınlara dəstək verməyə çağırırıq. Biz bilirik ki, hər bir uşaq, sevgidən, təhsildən və ədalətdən faydalanmağa layiqdir. Uşaqların hüquqlarının qorunması, onların sağlamlığı, təhsili və rifahı üçün əhəmiyyətli bir addımdır. @unicef_azerbaijan , uşaqların inkişafı və hüquqlarının qorunması istiqamətində görmüş olduğu davamlı dəstək misyasının bir hissəsi olmaqdan qürur duyuruq. Uşaq Qaynar Xətti olaraq, uşaqların səsinə qulaq asmaq, onların problemlərini dinləmək və onlara lazım olan dəstəyi vermək üçün hər zaman olduğu kimi bu gün də buradayıq. Gəlin, bu xüsusi gün münasibətilə bir araya gələk və uşaqların hüquqlarını dəstəkləmək, onların gələcəyini daha parlaq etmək üçün birlikdə çalışaq. Biz, hər bir uşağın gələcəyinin daha parlaq olması üçün sizin dəstəyinizə ehtiyac duyuruq.
BMT Günü: Uşaqların Hüquqları və Gələcəyi Üçün Birlikdə!
SON XƏBƏRLƏR
Uşağın hüquqları sensasiyadan üstün olmalıdır !
Bu gün biz uşaqların hüquqlarının açıq şəkildə pozulmasının şahidi olduq. Mətbuatda ev...
Risk Qrupundakı Gəncə Təhsil Dəstəyi
Hörmətli izləyicilər!Riskli davranışa meyilli olan gənclərin cəmiyyətə inteqrasiyasına d�...
SON TƏDBİRLƏR
Uşaq və Qadın Qaynar Xətt Xidməti üçün Könüllü Psixoloqlar Axtarılır!
Uşaq və Qadın Qaynar Xətt Xidməti olaraq, psixoloji dəstəyə ehtiyacı olan uşaqlara, gəncl�...
Uşaq Qaynar Xətti üçün Könüllü Axtarılır!
Uşaq hüquqlarının müdafiəsi və onların rifahı üçün çalışmaq istəyən könüllüləri ...




