Azercell, 28 il ərzində Azərbaycanda telekommunikasiya sahəsində qazandığı uğurlarla bütün ölkə üzrə bir çox insana dəstək olub. Bugün biz, Azercell-ə olan böyük minnətdarlığımızı bildiririk!
Xüsusi olaraq, 116111 Uşaq və Qadın Dəstək Xətti ilə göstərdiyi əvəzsiz dəstək üçün təşəkkür edirik. Bu xəttin fəaliyyətini daha da gücləndirməkdə və sosial xidmətlər sahəsindəki işimizi davam etdirməkdə Azercell-in verdiyi dəstək çox qiymətlidir.
Təbrik edirik, Azercell!