Uşaq Qaynar Xəttinə daxil olan təcili müraciət əsasında mobil xidmət təşkil olunmuş, müvafiq müdaxilə nəticəsində uşaqların yaşadığı natəmiz, şəraitsiz və təhlükəli mühitin qiymətləndirilməsi həyata keçirilmişdir. İlkin qiymətləndirmənin nəticəsi olaraq, iki azyaşlı qız uşağı həmin təhlükəli mühitdən götürülmüş və tibbi müayinə, eləcə də ilkin müalicə üçün xəstəxanaya yerləşdirilmişdir. Zəruri müayinə və qiymətləndirmə prosesindən sonra onlarla bağlı dövlət qurumları ilə birgə müvafiq qərar formalaşdırılaraq, sığınacağa və ya müəssisəyə yerləşdirilməsi təşkil olunaraq digər müvafiq proseslər həyata keçiriləcəkdir.


Qeyd edək ki, bu proses qurumlar arasında kompleks və koordinasiyalı əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. Eyni zamanda uşaqların təhlükəsizliyi və rifahının təmin edilməsi istiqamətində görülən tədbirlər davam etdirilir.


Göstərilən dəstəyə və köməyə görə Bakı Baş Polis İdarəsinə, Sabunçu rayon Polis İdarəsinin 13-cü bölməsinə, Sosial Xidmətlər Agentliyinə və TƏBİB-ə dərin təşəkkürümüzü bildiririk. #116111 @tabibgovaz @sxa.sosial.gov.az Qeyd edək ki, Uşaq Qaynar Xətt Xidməti @unicef_azerbaijan @azercell dəstəyi ilə həyata keçirilir.


Qeyd edək ki, Uşaq Qaynar Xətt Xidməti @azercell və @unicef_azerbaijan-nın birgə dəstəyi sayəsində fəaliyyət göstərir.