Azərbaycan Uşaq Qaynar Xətt xidməti Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Peşə Agentliyi ilə əməkdaşlıqda maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti maarifləndirici tədbir Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi - 6 nömrəli Bakı Peşə Məktəbində həyata keçirildi. Qeyd edək ki, silsilə maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd Uşaq Qaynar Xətt xidməti haqqında uşaqlar, yeniyetmələr və gənclərin arasında tanıtım etmək, həmçinin hər hansı çətinliklərlə, zorakılıqla, bullinq (qısnama), stress, aqressivlik və digər psixoloji gərginlik halları ilə üzləşdiklərində yardımın əlçatan olması və ala biləcəkləri sosial-psixoloji, hüquqi dəstək ilə bağlı məlumatlandırma aparmaqdır.
Qeyd edək ki, Uşaq Qaynar Xətt Xidməti @azercell və @unicef_azerbaijanın birgə dəstəyi sayəsində fəaliyyət göstərir!
Əməkdaşlıq və müvafiq şəraitin yaradılmasına dəstək verdiyi üçün Elm və Təhsil Nazirliyinə təşəkkür edirik!
UNUTMA! Yardım telefon qədər yaxındır.