Bugün 2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür. Autizm spektr pozuntusu (ASP) olan fərdlər dünyanı fərqli qəbul edir və bu fərqlilik onları xüsusi edir. Onları anlamaq, dəstək olmaq və hər kəs üçün inklüziv bir cəmiyyət yaratmaq bizim borcumuzdur.
Autizmli uşaqlar və böyüklər təhsil, sevgi və anlayışla ən yaxşı versiyalarına çata bilərlər. Onları etiketləmək deyil, potensiallarını ortaya çıxarmaq üçün bir addım atmalıyıq!