Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (@edugovaz) dəstəyi və Ümidli Gələcək Sosial Təşəbbüslər İB-nin təşkilatçılığı ilə həyata keçirilən maarifləndirici tədbirlər çərçivəsində növbəti görüş 7 aprel 2025-ci ildə Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən İstedad liseyində baş tutub. Tədbirdə liseyin şagirdlərinə qaynar xətt xidmətinin fəaliyyəti, müraciət qaydaları barədə məlumat verilib. Eyni zamanda məktəbdə şagirdlərlə bullinq mövzusunda maarifləndirici görüş keçirilmişdir. Görüş zamanı şagirdlərə bullinqin nə olduğu, onun psixoloji və sosial təsirləri, bullinqlə necə mübarizə aparmaq lazım olduğu, empatiya və qarşılıqlı hörmətin əhəmiyyəti, bullinqə görə qanunvericilikdə nəzərdə tutulan hüquqi tədbirlər barəsində ətraflı məlumat verilmiş, bullinqin qarşısını almaq üçün həyata keçirilə biləcək tədbirlərlə bağlı qrup işi aparılmışdır. Uşaqların marağı, aktiv iştirakı və verdikləri suallar bu mövzunun nə qədər vacib olduğunu bir daha göstərmişdir.

Bu tədbir çərçivəsində mütəxəssislər uşaqların suallarını cavablandırıb, bullinqlə bağlı real həyat situasiyalarına dair müzakirələr təşkil ediblər. Görüş zamanı uşaqlara bullinq zamanı onların emosional rifahının qorunması, psixoloji dayanıqlılığın artırılması və təhlükəli hallarda düzgün davranış strategiyaları barədə də tövsiyələr verilib.


Qeyd edək ki, Uşaq Qaynar Xətt Xidməti @azercell-in dəstəyi ilə fəaliyyət göstərir.


Təhlükəsiz və əlçatan mühitin yaradılması, uşaqların rifahının təmin edilməsi və maarifləndirici tədbirlərin keçirilməsində verdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinə təşəkkürümüzü bildiririk.


✅ Unutma! Yardım hər zaman əlçatandır – sadəcə bir zəng qədər yaxın!