Paylaşmaqdan qürur duyuruq ki, erkən nikaha cəlb olunan bir qız uşağının həyatı "Uşaq Qaynar Xətti"nin operativ müdaxiləsi sayəsində xilas edildi. Bu prosesdə uşağın təhlükəsizliyi təmin olundu və ona lazımi dəstək göstərildi.
Bu uğurun əldə olunmasında “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi, @unicef_azerbaijan və @azercell kimi tərəfdaşlarımızın dəstəyi əvəzsizdir. Onların səyləri sayəsində hər bir uşağın təhlükəsizliyini və rifahını təmin etmək üçün daha güclü addımlar atmağa davam edirik.
"Uşaq Qaynar Xətti" olaraq, hər bir uşağın hüquqlarını qorumağa və onlara daha təhlükəsiz gələcək təmin etməyə davam edəcəyik. Biz birlikdə daha çox uşağa ümid ola bilərik!