2024-cü il ərzində Qadın Dəstək Mərkəzinə ümumilikdə 1,623 müraciət daxil olmuşdur. İl ərzində edilən müraciətlərin əsas hissəsi məişət zorakılığı, boşanma prosesindəki çətinliklər, sosial-maddi rifahın aşağı olması kimi problemlər olmuşdur. Qadın Dəstək Mərkəzi müraciətçilərin ehtiyaclarına uyğun olaraq hüquqi məsləhət, psixoloji dəstək və icma əsaslı xidmətlər göstərmiş, həmçinin onları təhlükəsiz sığınacaqlara və digər müvafiq qurumlara yönləndirmişdir. Əhalinin məlumatlılığının artırılması məqsədilə maarifləndirici tədbirlər həyata keçirilmiş, sosial mediada aktiv fəaliyyət davam etdirilmişdir. Qeyd etmək istəyirik ki, mərkəzin fəaliyyəti zamanı məxfilik prinsipi tam qorunur.
Yardım üçün bizə 24/7 fəaliyyət göstərən 116111 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Hesabatın tam mətni ilə bio-da yerləşdirilən linkdən keçid edib tanış ola bilərsiniz.
Hər qadının güvəndə hiss etdiyi bir dünya üçün çalışırıq!