Bir nəçə gün əvvəl Hyustondan gələn bir xəbər çoxlarını şok etdi: 911 xilasedici xidmətinin operatoru 800-dən çox dəfə insanlara tam qulaq asmadan, ehtiyacı olanların zəngini yarımçıq kəsdiyi üçün həbs olunub.


Biz “Ümidli Gələcək”də əminik — bizdə belə bir hal ola bilməz.

Artıq 15 ildən çoxdur ki, “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” - “Azerbaijan Child Helpline Service” və Qadın Dəstək Xətti xətlərimiz hər bir müraciət edən insana hörmətlə, səbir və diqqətlə kömək etmək üçün fəaliyyət göstərir.


Bu illər ərzində biz sadəcə zənglərə cavab verən bir sistem deyil, hər bir səsi qayğı və ciddiyyətlə qarşılayan səmimi dəstək mədəniyyəti yaratmışıq.


Çünki bizim üçün bu sadəcə “telefonla danışmaq” işi deyil.

Bu bizim missiyamızdır: ən çətin anlarda insanın yanında olmaq və ona tək olmadığını hiss etdirmək.

Və biz işimizi məhz bu şəkildə davam etdirəcəyik.


Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin İcraçı Direktoru Kəmalə Aşumova ( @kamala_muslum ) bildirmişdi.