Hörmətli izləyicilər!
Bildiyiniz kimi, Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə əməkdaşlıqda təşkilatın sosial xidməti olan Yuvenal Ədliyyə Mərkəzi tərəfindən “Uşaqlara qarşı zorakılığın qarşısının effektiv şəkildə alınması və cavab tədbirlərinin görülməsi üçün milli sistemlərin gücləndirilməsi" layihəsi çərçivəsində həm Penitensiar Xidmətin Tərbiyə Müəssisəsi və İstintaq Təcridxanasında saxlanılan, həm də Probasiya Xidməti və Daxili İşlər Nazirliyinin Polis idarələrində profilaktik qeydiyyata alınmış yetkinlik yaşına çatmayanlarla, həmçinin İcra hakimiyyətləri yanında YYÇİHMK tərəfindən yönləndirilən, riskli davranışa meyilli olan uşaqlarla sosial-psixoloji reabilitasiya və hüquqi yardım fəaliyyətini həyata keçirir.
Bu fəaliyyətlərin davamı olaraq, “Yeni il” ərəfəsində Mərkəzdə qeydiyyatda olan yetkinlik yaşına çatmayanlarla növbəti görüş keçirilmiş və onlar üçün müxtəlif oyunlar təşkil edilmişdir. Görüşün keçirilməsində əsas məqsəd uşaqların öz bilik və bacarıqlarını inkişaf etdirmək, komanda şəklində birgə fəaliyyət göstərmək, həmçinin asudə vaxtın səmərəli keçirilməsinə dəstək olmaqla bayram əhval-ruhiyyəsi yaratmaq və onların reinteqrasiyasına, gələcək həyatlarında özlərinə uğurlu mövqe tutmalarına yardım etmək olmuşdur.
Təşkil olunan qruplararası yarışmalarda komanda üzvləri yüksək aktivlik göstərmiş, sonda iştirakçıların hər biri öz təəssüratlarını bölüşmüş, daha sonra isə onlar tərəfimizdən hədiyyələr ilə mükafatlandırılmışdır.