Hörmətli izləyicilər!


Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Universiteti ( @azerbaijan.university )ilə əməkdaşlığını uğurla davam etdirir. Əməkdaşlıq çərçivəsində universitetin “Humanitar fənnlər” fakültəsində “Sosial iş” ixtisası üzrə IV kursda təhsil alan tələbələrlə təşkilatın sosial xidmət mərkəzlərində istehsalat təcrübəsinin gedişatında təşkilatın hüquqşünası, Vəkillər Kollegiyasının üzvü Rafiq Alışov tərəfindən “Uşaq Hüquqları və Yuvenal Ədliyyə Sistemi” mövzusunda təlim keçirilmişdir. Təlimdə Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, BMT-nin Uşaq Hüquqları Konvensiyası və uşaqyönümlü ədalət mühakiməsinin rəhbər prinsipləri haqqında məlumat verilmiş, həmçinin, uşaqlara qarşı zorakılığın qarşısının alınmasının vacibliyi, cinayət törədən və cinayətin qurbanı olan uşaqların dindirilməsi, onların müdafiəsi və sosial-psixoloji reabilitasiyası kimi əhəmiyyətli mövzulara toxunaraq, gələcəyin sosial işçiləri olan tələbələrlə aktiv müzakirələr aparılmışdır.


Təlimin gedişatında tələbələrin sualları cavablandırılaraq mövzu ətrafında müzakiələr aparılmışdır.