2005-ci ilin sentyabr ayından başlayaraq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı Noyabr ayının 22-26-da Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ilk dəfə olaraq ATƏT-in Bakı ofisi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə «Azərbaycanda Yuvenal Ədliyyə İslahatı» adlı milli təlim kursu həyata keçirir. Təlim kursunun həyata keçirilməsində məqsəd:
- BMT-nin UHK, Pekin qaydaları, Ər-Riyad prinsipləri, Havana qaydaları və yuvenal ədliyyənin yaradılması və icrası ilə bağlı digər vacib beynəlxalq və milli qanunvericilik sənədləri ilə təlim iştirakçılarının məlumatlılığı və biliklərini artırmaq; və Azərbaycanda beynəlxalq standartlara cavab verən yuvenal ədliyyənin yaradılması sahəsində müzakirələr aparmaq;
- Yetkinlik yaşına çatmayanların həbs edilməsi, uşaq tərbiyə müəssisələrində cəza çəkmələri və ya uşaq mərkəzlərində saxlanılmalarından irəli gələn problemlər; əsasəndə, qanunla münaqişədə olan qız uşaqlarının vəziyyəti və yaranan problemlərin aradan qaldırılması üçün xüsusi yanaşmaların yaradılması;
- Yuvenal ədliyyənin müxtəlif mərhələlərindən keçərkən, o cümlədən də, müvafiq təmsilçilik, onlara qarşı edilmiş ittihamın aydın başa düşülməsi, və edilmiş ittihamlardan irəli gələn nəticələr;
- Məhkəməyə qədər yönləndirmə, icma əsaslı xidmətlərin təşkili, və s. həbsə alternativ sanksiyalar da daxil olmaqla həbsə alternativ tədbirlərin daha geniş tətbiqi ilə bağlı xüsusi strategiyaların işlənib hazırlanması;
- Qanunla mühakimə olunan yetkinlik yaşına çatmayanlarla işləyən institutların əməkdaşlarının məlumatlılığı, bilik və bacarıqlarının artırılması və həmçinin təlim-tərbiyə və təhsil proqramlarının yaradılması və tətbiqi də daxil olmaqla reabilitasiyanın təşkili üçün efektiv yanaşmaların hazırlanması;
- Qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanlarla işləyən və onların ehtiyaclarının ödənilməsinə çalışan hökumət və QHT qurumlarının əməkdaşlığının artırılmasıdır.
Təlimin aparılmasında İsveçrəli mütəxəssis Andre Dünant və yerli mütəxəssislər iştirak edəcəklər. Təlimdə Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Polis Akademiyası, Bakı Dövlət Universiteti və yuvenal ədliyyə sahəsində çalışan ixtisaslaşmış yerli QHT-lərin nümayəndələri iştrak edəcəklər.
Təlim kursu Zuğulba qəsəbəsində yerləşən «Gənclik» Beynəlxalq Turizm Mərkəzində keçiriləcəkdir.