Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə və UNİFEM təşkilatının sponsorluğu ilə öz Təhsil Proqramları Departamentinin "Əgər mən sülhün elçisi olsaydım..." adlı yeni layihəsini təqdim edir.


Layihə Azərbaycan Respublikasında fealiyyət göstrən bütün orta məktəblərin 12-17 yaşlı şagirdləri arasında inşa müsabiqəsini təşkil etməkdən ibarətdir. Layihə AR Təhsil Nazirliyi və regionlardakı bütün təhsil ocaqlarının rəhbərliyi ilə əməkdaşlıq və şagirdlərlə işi nəzərdə tutur.


İnşalar Azərbaycan, Rus və ya İngilis dillərində yazıla bilər.


Layihə 2002-ci ilin Aprel ayının 1-dən başlanmış və 3 ay müddətində davam edəcək. Ümidli Gələcək bütün tədbirləri AR Təhsil Nazirliyi, Təhsil Şöbələri, regionlardakı təhsil ocaqlarının rəhbərliyi və bütün orta məktəbləri ilə sıx əməkdaşlıqla həyata keçirməkdədir. Belə, bu tarixə qədərÜmidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi AR Təhsil Nazirliyinin nümayəndələrilə birgə işçi qrupu yaradıb. Bu qrup elanların, reklam materialların hazırlanması, AzTV-1 dövlət kanalı və azərbaycan və rus dillərində çıxan qəzetlərlə əlaqə saxlamaq və geniş ictimaiyyətə müsabiqənin keçirilməsi barədə onların vasitəsilə məlumat verməyə məsuldur. Elan, şərt və proseduraların vaxtı, əlaqə və digər lazimi məlumat azərbaycan, rus və ingilis dillərində Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən, AR Təhsil Nazirliyi vasitəsilə ondan alınan ünvanlar əsasında respublikanın bütün rayon təhsil şöbələrinə göndərilmişdir.


Müsabiqə zamanı inşa qaliblərinin seçim proseduru 3 hissədən ibarət olacaq:

  • seçimin 1-ci mərhələsi hər məktəbin müəlliələri və direktor tərəfindən;
  • seçimin 2-ci mərhələsi yerli təhsil şöbələrinin münsiflər heyyəti (hər məktəbdən bir müəllim, və direktor) tərəfindən;
  • seçimin 3-cü mərhələsi Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, AR Təhsil Nazirliyinin nümayəndələri və Bakı, Sumqayıt şəhərləri məktəblərindən müstəqil müəllimlərdən ibarət olan Son Münsiflər Heyyəti tərəfindən keçiriləcək.

Regional Münsiflər Heyyəti (hər məktəbin müəllimi və yerli təhsil şöbələrinin nümayəndələrindən ibarət olan 30 nəfər) məktəb direktorları və yerli təhsil şöbələrinin başçılarına Ümidli Gələcək Təşkilatı tərəfindən paylanan sənəd paketlərində göstərilən şərtlər əsasında yaradılacaq.


Seçimin ilk iki mərhələsindən sonra qalan bütün inşalar Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinə son seçim üçün ən geci May ayının 25-nə qədər göndəriləcək. Bundan sonra 1 həftə ərzində Son Münsiflər Heyyətinin yığıncağı keçiriləcək və seçimin iki mərhələsindən sonra qalan bütün inşalar arasında 20 ən yaxşı inşaların müəllifləri seçiləcək. Qaliblər təyin olunduqdan sonra Bakı şəhərində onların təltif edilmə mərasimi keçirələcək. Təltif olunma mərasimi bütün qaliblərin iştirakı ilə keçiriləcək və onlara AR Təhsil Nazirliyi və Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin birgə diplomları təltif olunacaq; birinci dörd qalibə qiymətli prizlər veriləcək. Mərasimə müxtəlif QHT, səfərlik, Nazirlik və beynəlxalq təşkilatların nümayəndələri də dəvət olunacaq.


Bundan əlavə mərasim Azərbaycanın müxtəlif telekanallar vasitələri işıqlandırılacaq.


Bütün bunları nəzərə alaraq Jənubi Qafkaz ölkələrindən olan məktəbli uşaqların inşalarından ibarət olan Kitabın nəşri təşkil olunacaq və bu Kitab respublika ərazisində fəaliyyət göstərən müxtəlif kitabxana, təşkilat və qaliblər arasında pulsuz paylanacaq.