Millәt vәkili Hadı Rәcәbli onların qanunvericilikdә nәzәrdә tutulan hüquqlarının pozulduğunu söylәyir
A.AKİF
"Әmәk Mәcәllәsindә yazılıb ki, hәr 50 iş yerindәn biri valideyn himayәsindәn mәhrum uşağa verilmәlidir. Amma bunu heç kim bilmir. İkincisi, qanunda yazılıb ki, valideyn himayәsindәn mәhrum yeniyetmәlәrin növbәdәnkәnar mәnzil almaq hüquqları var. Lakin qanunvericiliyә әmәl olunmur. Bununla bağlı digәr normativ hüquqi sәnәdlәr dә var. Mәsәlәn, qanunlarımızda yazılıb ki, tәhsil alan uşaqlar 23 yaşına qәdәr uşaq evlәrindә qala bilәrlәr. Amma nәzәrә almaq lazımdır ki, bu, çox çәtindir. 23 yaşlı gәncin 12 - 13 yaşlı uşaqla bir yerdә qalması problemlidir. Belә ideya var ki, 17 yaşından sonra uşaq evlәrindә qalan yeniyetmәlәr üçün yataqxana olsun vә hәmin uşaqlar orada peşә öyrәnsinlәr". Bunu millәt vәkili Hadı Rәcәbli bildirdi. Onunla söhbәtdәn mәlum oldu ki, Azәrbaycandakı beynәlxalq tәşkilatlardan biri bu istiqamәtdә iş aparır.
Lakin parlamentin sosial siyasәt daimi komissiyasının sәdri hesab edir ki, bu qrupdan olan uşaqlar üçün hәlә çox iş görülmәlidir. Belә ki, bu istiqamәtdә Nazirlәr Kabinetinin direktiv orqanları, icra strukturları da iş aparmalıdırlar. Qanunların icrasına da nәzarәt güclәndirilmәlidir.