Fevral ayının sonlarında Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı (Azərbaycan) və BMT-nin Uşaq Hüquqları Konvensiyası üzrə QHT Qrupu (İsveçrə) uşaqların cinsi və kommersiya məqsədilə istismarı, uşaq pornoqrafiyası və uşaqlara qarşı cinsi zorakılıq məsələlərinə dair təlim kursu həyata keçirəcəklər. Təlim kursunun həyata kueçirilməsində məqsəd Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən və araşdırma aparan QHT-lərin, dövlət siyasətini həyata keçirən müvafiq dövlət orqanlarının, və KİV nümayəndələrinin bu sahəyə dair mövcud beynəlxalq və milli qanunvericiliklə tanış edilməsi, dünya ölkələrində bu sahədə görülən işlər barədə məlumatlandırmaq, Azərbaycanın da qoşulduğu Yokohama (2002) və Lyublyana (2005) Öhdəlikləri haqqında maarifləndirmək, ölkəmizdə bu yöndə görülən qanunvericilik və praktik fəaliyyətin nəticələritnin nəzərdən keçirilməsi və gələcək işlərin və fəaliyyət planının formalaşdırılmasıdır. Təlim kursu vasitəsilə bu sahədə çalışan mütəxəssislərə və təşkilatlara uşaqlara qarşı zorakılığın, xüsusilədə cinsi zorakılıq və istismarın aradan qaldırılması məqsədilə əməli tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün zəruri bilik və bacarıqların aşılanması nəzərdə tutulur.


Xatırladaq ki, ilk dəfə olaraq hələ 1996-cı ildə İsveçin paytaxtı Stokholmda Uşaqların Cinsi İstirmarına qarşı Dünya Konqresi çağırılmışdı. Bu, uşaqların kommersiya məqsədilə cinsi istismarına qarşı qlobal səfərbərlik üçün imkan açırdı. İsveç höküməti ECPAT, UNİCEF və Uşaq Hüquqları Konvensiyası üzrə QHT Qrupu birgə konfrans hazırlamağı öz üzərlərinə götürdülər. Konqresin Gündəliyi milli, regional və beynəlxalq səviyyələrdə bələdçiləri də özündə birləşdirir. 1996-cı ilin 31 aqustunda 120 ölkənin nümayəndəsi Stokholmda toplaşaraq uşaqların kommersiya məqsədilə cinsi istirmarı ilə mübarizə ücün fəaliyyət planı və Stokholm Deklarasiyasını qəbul etdilər. O zaman uşaqların cinsi istismarı, uşaq pornoqrafiyası və bu kimi mövzular həm hökumətlər, həm də QHT- lər üçün yeni idi. Uşaqlardan cinsi sui-istifadə və istirmara qarşı BMT UHK-nın 34-35-ci maddələrindən savayı heç bir beynəlxalq vasitə yox idi. Konfransdan keçən müddət ərzində Stokholm Deklarasiyasının gücləndirilməsi, və uşaqların qorunması yolunda xeyli fəaliyyətlər qəbul edilib və həyata keçirilib. Təəssüf ki, Azərbaycan bu ölkələr arasında deyildi və bundan əlavə, öz üzərinə heç bir öhdəlik götürməmiş və bu konfransın nətiçəsi ilə bağlı heç bir iş görməmişdi. Qeyd etmək vacibdir ki, Deklarasiyaya qoşulmuş 124 ölkə və çoxsaylı hökumət, təşkilat koalisiya və qrupunun problemin onların ölkəsində mövcud olduğunu qəbul etmələrinə baxmayaraq, onlardan heç biri yaxın gələcəkdə fəal iş aparmaq mövqeyində deyillər. Bu isə çox zaman hökümətin mövqeyini müəyyənləşdirərək, problemin əhəmiyyətinin, yaxud ciddiliyinin inkar edilməsidir, ancaq onların əksəriyyətinin xüsusi vəziyyətdə problemlə necə rəftar etməyə bacarıqları, məlumat və bilikləri, çatmır, bu da çox vaxt ölkədə QHT və digər qrupların passivliyi ilə müəyyənləşir.


1998 və 2000-ci illərdə ECPAT Stokholm və Yokohama konfransları ərzində fəaliyyət planları və ya bəyannamələrinin yaradılması və həyata keçirilməsi istiqamətində hər hansı əhəmiyyətli addım atıldığını müəyyənləşdirmək məqsədilə bütün dünyada, o cümlədən Azərbaycanda sorğu keçirdi. Nəticələr göstərdi ki, əksər ölkələr – hökumətlər və QHT-lər – bu istiqamətdə hər hansı fəaliyyət göstərməyib, yaxud buna heç cəhd etməyib. Təəssüf ki, Azərbaycan yenə də heç etməyənlərin siyahısında idi. Baxmayaraq ki, hökumət problemin mövcudluğunu etiraf etdi, ancaq onun mühüm və ciddi olduğunu inkar edərək yaxın gələcəkdə bu vəziyyəti dəyişmək yönündə hər hansı planların olmamasını bildirdi. Stokholm və Yokohama konfranslarından sonrakı vəziyyətin təhlili göstərir ki, bu məsələdə heç bir dəyişikdik olmayıb və heç kim bu məsələlərə toxunmayıb. Problem nə Azərbaycan hökumətinin, nə də ölkədə fəaliyyət göstərən QHT-lərin gündəliyinə təxirəsalınmaz plan kimi daxil edilməyib. Yaponiyanın Yokohama şəhərində keçirilən 2-ci Dünya Konfransından sonrakı dövrdə görülmüş işləri müzakirə etmək məqsədilə 2005-ci ilin İyul ayında Sloveniyanın Lyublyana şəhərində Uşaqlara Qarşı Zorakılığa dair Dövlətlərarası Konfrans keçirildi. Bu konfransda Azərbaycan hökumət nümayəndə heyəti də iştirak etmişdir. Qeyd etmək vacibdir ki, BMT-nin Baş Katibi tərəfindən bütün dünya ölkələri üzrə keçirilən «Uşaqlara qarşı Zorakılığın Öyrənilməsinə» dair araşdırma çərçivəsində Azərbaycan hökuməti BMT-nin Baş Katibinə ünvaanladığı cavabda uşaqların zorakılığa və xüsusilədə cinsi zorakılığa məruz qalması halları qeyd edilmişdir. Eyni zamanda keçirilmiş tədbirlərlə bağlı bu hesabatda yalnız Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən «Turizmdə Cinsi İstismar» mövzusuna dair bir seminarın keçirildiyi vurğulanmışdır. Təəssüfki, bununlada həyata keçirilmiş tədbirlərin siyahısı bitir.


Bu sahədə çoxsaylı boşluşların olmasını və həmçinin QHT-lər, əhali və müvafiq dövlət qurumlarında məlumatlılığın az olmasını nəzərə alaraq, 2005-ci ilin May ayında Uşaq Hüquqları üzrə QHT Alyansı ölkə üzrə ilk dəfə olaraq, uşaqlardan cinsi sui-istifadə və onların kommersiya məqsədlərilə cinsi istismarına, uşaqlara qarşı cinsi zorakılığa qarşı xüsusi layihə həyata keçirmək qərarına gəlmişdi. Bu layihə hələ 2005-ci ildə BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim etmək üçün Azərbaycan tərəfindən Uşaq Hüquqları Konvensiyasının icrası və Azərbaycanda uşaqların vəziyyətinə dair alternativ QHT hesabatının tərkib hissəsi kimi Uşaqların Kommersiya məqsədlərilə Cinsi İstismarı (UKCİ) sahəsində keçirilən sorğunun davamı da hesab oluna bilər.