Hələ ki QHT-lər bu sahənin problemlərini araşdırmaqla məşğuldurlar
AYNURƏ
Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü və ATƏT-in Bakı ofisinin və Böyük Britaniya səfirliyinin dəstəyi ilə "Yuvenal ədliyyənin inkişafı proqramı çərçivəsində Azərbaycanın rayon və şəhərlərində yerləşən polis məntəqələrində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin monitorinqi həyata keçiriləcəkdir. Komissiyaların fəaliyyəti polis məntəqələrinin nəzdindəki müvəqqəti saxlama yerlərində, uşaq bölüşdürücü mərkəzlərində, uşaq tərbiyə müəssisələrində, yetkinlik yaşına çatmayanların saxlanması üçün nəzərdə tutulmuş istintaq təcridxanalarında qiymətləndiriləcək.
Qeyd edək ki, layihənin gerçəkləşdirilməsində Uşaq Hüquqları üzrə QHT Alyansının "Yuvenal Ədliyyənin inkişafı" üzrə işçi qrupunun üzvləri - Gənc Hüquqşünaslar Birliyi, Azadlıqdan məhrumetmə yerlərinin müşahidəsi İctimai Birliyi, "El" İnkişaf Proqramları Mərkəzi iştirak edir. Bundan başqa, layihənin gerçəkləşməsində ədliyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi, daxili işlər nazirlikləri, Baş Prokurorluq, Polis Akademiyası da yaxından iştirak edəcək.
Öyrəndik ki, monitorinqi həyata keçirəcək işçi qrupunun üzvləri təlimatlandırılıb. Fevral ayının 15-dən etibarən monitorinqin bilavasitə yerlərdə həyata keçirilməsinə başlanılacaq. Layihənin nəticələri Azərbaycanda yeniyetmələrin qanunla mühakiməsi sisteminin inkişafı prosesində və onun BMT-nin beynəlxalq standartlara uyğun qurulmasında istifadə ediləcək.
Eyni zamanda, 2006-cı ilin fevral-iyun ayları ərzində yetkinlik yaşına çatmayanların işləri ilə əlaqədar düzənlənəcək məhkəmə proseslərinin müşahidəsi də nəzərdə tutulub. Bu layihənin nəticəsi olaraq, sadalanan sahələrdə mövcud problem və çətinliklərin araşdırılması və onların aradan qaldırılması məqsədilə konkret təklif və tövsiyələri əks etdirəcək xüsusi hesabat hazırlanacaq və müvafiq dövlət qurumlarına təqdim ediləcək.
təşəbbüsü və ATƏT-in Bakı ofisinin və Böyük Britaniya səfirliyinin dəstəyi ilə "Yuvenal ədliyyənin inkişafı proqramı çərçivəsində Azərbaycanın rayon və şəhərlərində yerləşən polis məntəqələrində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin monitorinqi həyata keçiriləcəkdir. Komissiyaların fəaliyyəti polis məntəqələrinin nəzdindəki müvəqqəti saxlama yerlərində, uşaq bölüşdürücü mərkəzlərində, uşaq tərbiyə müəssisələrində, yetkinlik yaşına çatmayanların saxlanması üçün nəzərdə tutulmuş istintaq təcridxanalarında qiymətləndiriləcək.