Yetkinlik yaşına çatmayanların məhkəmə prosesləri izlənəcək Uşaq Hüquqları üzrə QHT Alyansından “OLAYLAR”a bildiriblər ki, “Azərbaycanda yuvenal ədliyyənin inkişafı” proqramı çərçivəsində fevralın 15-dən paytaxtda və bölgələrdə yerləşən polis məntəqələrinin nəzdində olan müvəqqəti saxlama yerləri, uşaq bölüşdürücü mərkəzləri, uşaq tərbiyyə müəssisəsi, yetkinlik yaşına çatmayanların saxlanması üçün nəzərdə tutulmuş istintaq təcridxanaları, həmçinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin monitorinqi keçiriləcək. Monitorinq aparacaq işçi qrupunun üzvləri üçün son təlimatlandırma seminarları keçirilib.
Qeyd edək ki, tədbirlər ATƏT-in Bakı ofisi və Böyük Britaniya səfirliyinin dəstəyi, o cümlədən DİN, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Polis Akademiyası, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin razılığı ilə baş tutacaq. Fevraldan iyunadək yetkinlik yaşına çatmayanların işlərini aparacaq məhkəmə prosesləri müşahidə ediləcək. Layihənin nəticələri müvafiq dövlət qrumlarına təqdim olunacaq.