Uşaqlar ağır pambıqçılıq sahəsində işə cəlb edilir. Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından “OLAYLAR”a bildiriblər ki, uşaq əməyinin istismarı halları ilə mübarizə məqsədilə “Uşaq əməyinin aradan qaldırılmasında işə ııgötürənlərin rolu” layihəsi həyata keçirilir. Beynəlxalq Əmək Təşkilatının uşaq əməyi ilə bağlı fəaliyyət göstərən AST/MP təşkilatı ilə birlikdə həyata keçirilən layihə çərçivəsində Sabirabad, Biləsuvar, Imişli, Ağcabədi, Beyləqan, Bərdə, Ucar və Kürdəmir rayonlarında pambıqçılıqla əlaqədar işlərə cəlb edilmiş uşaqların sağlamlığı, o cümlədən təhsili, yaşayış və iş şəraitini müəyyənləşdirmək üçün araşdırma aparılıb. Bəlli olub ki, pambıq becərilməsində uşaq əməyindən istifadə olunur. Beləliklə də Əmək Məcəlləsinin tələbləri və beynəlxalq hüquq normaları pozulur. ASK uşaq əməyinin istismarının aradan qaldırılması üçün 8 rayonda seminarlar keçirəcək.
Press Reliz. Ayna - Uşaq Əməyinin İstismarı
SON XƏBƏRLƏR
Uşağın hüquqları sensasiyadan üstün olmalıdır !
Bu gün biz uşaqların hüquqlarının açıq şəkildə pozulmasının şahidi olduq. Mətbuatda ev...
Risk Qrupundakı Gəncə Təhsil Dəstəyi
Hörmətli izləyicilər!Riskli davranışa meyilli olan gənclərin cəmiyyətə inteqrasiyasına d�...
SON TƏDBİRLƏR
Uşaq və Qadın Qaynar Xətt Xidməti üçün Könüllü Psixoloqlar Axtarılır!
Uşaq və Qadın Qaynar Xətt Xidməti olaraq, psixoloji dəstəyə ehtiyacı olan uşaqlara, gəncl�...
Uşaq Qaynar Xətti üçün Könüllü Axtarılır!
Uşaq hüquqlarının müdafiəsi və onların rifahı üçün çalışmaq istəyən könüllüləri ...